Cümə , Sentyabr 18 2020
Ana səhifə / Araşdırma / Bakıda fantastik qiymətə yemək — 250 qramı 1500 manat (FOTO)

Bakıda fantastik qiymətə yemək — 250 qramı 1500 manat (FOTO)

Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti “dodaq uçuqladır”.

Azinforum.az  baku.post-a istinadən xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən “OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.

Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir.

“OroNero Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir.

Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.

Həmçinin oxuyun

KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB… – “Binə” və “Sədərək”də yoxlamalar aparılır

Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Binə” və “Sədərək” ticarət …