Ana səhifə / Araşdırma / Bakıda evakuator maşını qəzaya uğradı

Bakıda evakuator maşını qəzaya uğradı

Bakıda evakuator maşını qəzaya uğrayıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi “Renault” markalı evakuator maşını Məlahət Məsimovanın idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub.

Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın