Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Araşdırma / Bakıda dəri sexi yanıb, kül oldu: “Bahalı texnikaya zərər dəydi” – REPORTAJ, FOTOLAR

Bakıda dəri sexi yanıb, kül oldu: “Bahalı texnikaya zərər dəydi” – REPORTAJ, FOTOLAR

Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın hadisəsi baş verib. Hökməli dairəsi yaxınlığında yerləşən dəri sexi yanaraq kül olub.

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın günorta saatlarında baş verib. Təqribən 500 kvadratmetrlik sexin içərisi yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndörmə heyəti cəlb olunub, yanğın çətinliklə də olsa, söndürülüb. Sex yaşayış evlərinə yaxın olduğu üçün yanğının yayılma ehtimalı böyük olub. Lakin yanğını görən ətrafdakı sakinlər su maşınları ilə yanğının qarşısını almağa cəhd ediblər.

Ərazidə olan sakinlər bildirdi ki, əgər müdaxilə etməsəydilər, yanğın yayıla bilərdi: “Öncə ətrafa tüstü yayıldı. Yağ qoxusunu hiss etdikdə ağlımıza sex gəldi. Dərhal qonşuların köməyi ilə müdaxilə etdik, su maşını çağırdıq. Yanğınsöndürənlər də vaxtında yetişdilər. Yanan sexdə dəri istehsal olunurdu. Lakin bir müddətdir ki, hansısa səbəblərdən fəaliyyətini dayandırmışdı. İçəridə bahalı avadanlıqlar da var idi. Bir neçə gün öncə cihazların bir qismini aparmışdılar. Lakin bir neçəsini burada saxlayırdılar. Bildiyimiz görə, yüzminlərə dəyərində texnika idi, hamısına zərər dəyib. Yanğın böyük ehtimalla qısaqapanmadan baş verib”.

Hadisə yerində olan FHN-nin DYMİ-nin əməkdaşları yanğının hansı səbəbdən baş verdiyini araşdırırlar.

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın