Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda dəhşətli qəza: gənc ailənin bütün üzvlərini avtomobil vurdu, 6 aylıq körpə öldü

Bakıda dəhşətli qəza: gənc ailənin bütün üzvlərini avtomobil vurdu, 6 aylıq körpə öldü

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.
“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən Bağırov Əbdulbağır Zərbi oğlu, Bağırova Günel Məzahir qızı və onun qucağındakı övladı 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb.
Onların üçü də xəstəxanaya çatdırılıb.
Ə.Bağırov və G.Bağırova xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.  X.Bağırovun isə hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın