Şənbə , İyun 10 2023
Ana səhifə / Araşdırma / Bakıda dəhşətli qətl: qadının başına torba keçirib boğdular – TƏFƏRRÜAT – VİDEO

Bakıda dəhşətli qətl: qadının başına torba keçirib boğdular – TƏFƏRRÜAT – VİDEO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

ARB TV xəbər verir ki, 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.

Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Xəlil Göyüşova su kimi gələn milyonlar hansı kanallarla, kimlərin arasında bölüşdürülür – SENSASİON FAKTLAR

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Şəmkir …

Bir cavab yazın