Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Bakıda dəhşətli hadisə: hamilə gəlini qayınata və qayınanası xəstəxanalıq etdi

Bakıda dəhşətli hadisə: hamilə gəlini qayınata və qayınanası xəstəxanalıq etdi

Bakıda hamilə qadın qayınatası və qayınanası tərəfindən döyülüb.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib.

Nəticədə o, qayınatası və qayınanası tərəfindən döyülüb. O, bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətlər onun qarın nahiyyəsinə dəyib. Buna görə də qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın