Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Araşdırma / Bakıda DƏHŞƏT: yenicə ana olan 19 yaşlı qadın faciəvi şəkildə öldü

Bakıda DƏHŞƏT: yenicə ana olan 19 yaşlı qadın faciəvi şəkildə öldü

Bu gecə Bakının Suraxanı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Azinforum.az – ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən binanın 9-cu mərtəbəsindən yıxılan 19 yaşlı Sərfinaz Əsgərovanın yaxınları bildirib ki, hadisə paltar sərərkən baş verib. Belə ki, keçən il ailə həyatı qurmuş və bir neçə ay əvvəl ana olan Sərfinaz yuduğu paltarları eyvanın qarşısından çəkilpiş ipə sərərkən başı gicəllənib və yıxılıb. O, hadisə yerindəcə keçinib. 19 yaşlı qızın qan azlığından əziyyət çəkdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

*****

 

10:40

 

Bakıda 19 yaşlı qız faciəli şəkildə ölüb.

 

Suraxanı rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi ev 56, mənzil 27 ünvanında qeydə alınıb. Orada yaşayan 1997-ci il təvəllüdlü Sərfinaz Salman qızı Əsgərova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın