Bazar ertəsi , İyul 6 2020
Ana səhifə / Araşdırma / Bakıda dəhşət: nişanlı cütlük qarajda boğuldu

Bakıda dəhşət: nişanlı cütlük qarajda boğuldu

Bu gün Bakıda nişanlı cütlüyün meyiti tapılıb. APA TV-nin məlumatına görə, gənc oğlanla qızın nəşi Yasamal rayonu, Tiflis prospektində yerləşən qarajda tapılıb.

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.

İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıblar və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Nəticədə maşına dolan zəhərli havadan boğularaq ölüblər.

Aparılan araşdırmalardan sonra meyiti tapılan gənclərin şəxsiyyəti müəyyənləşib. Bunlar 25 yaşlı Kamal İlham oğlu Alışov və 22 yaşlı Zülfiyyə Faiq qızı Yusifzadədir. Onların cəsədləri 90 AR 086 dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobildə aşkarlanıb.

Kamal Alışov ilə Zülfiyyə Yusifzadə nişanlı olublar.

Faktla bağlı araşdırmalar davam etdirilir. İlkin ehtimala görə, cütlük avtomobilin kondisionerinin buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Həmçinin oxuyun

Tərtərdə 2 yaşlı uşağı niyə qətlə yetiriblər?

İyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin …

Bir cavab yazın