Şənbə , Yanvar 23 2021
Ana səhifə / Araşdırma / Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı – “30 manata görüşürəm” (VİDEO)

Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı – “30 manata görüşürəm” (VİDEO)

Bakının Binəqədi rayonunda əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Azinforum.az  Baku.ws-ə istinadən xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə, Biləcəri yolunda “Sevgi palace” adlı şadlıq sarayının yanında masaj salonu var.

Bu şadlıq sarayında toy və nişan mərasimləri keçirilir. Ətrafda isə yaşayış məntəqələri var. Əhali dəfələrlə şikayət etsələr də, fahişəxana rəhbərliyilə bacaran olmayıb.

Vaxtı ilə “Dalğa” adlanan bu məkan bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb.

Bura xəstəlik mənbəyidir. Gecələr bu ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur. Gecələr adı çəkilən fahişəxanada çalışan qızların sayı çox olur. Gündüz isə burada 2-3 qız çalışır.

Videonu çəkən şəxs obyektə daxil olub və qızlarla xidmət haqqında danışıb.

“Masaj var, görüşmək var. Bir saatı 45 manat, yarım saatı 30 manata görüşürəm. Otaqlarımız təmizdir, narahat olmayın”. – deyə qız bildirib.

 

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …