Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda bölməyə gətirilən şəxs polisə yumruq vurdu

Bakıda bölməyə gətirilən şəxs polisə yumruq vurdu

Bakıda polis əməkdaşına xəsarət yetirilib.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Bakı şəhər sakini, Vadim Abdulkərimov sərxoş halda orada işləyən Rafiq Ramiz oğlu Əsədovu söyüb. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılan Post Patrul Xidmət Bölüyünün əməkdaşı polis serjantı, 1984-cü il təvəllüdlü Babək Kərimovu söyərək təhqir edib və yumruqla üz nahiyəsinə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın