Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda bir neçə evdə fahişəxana aşkarlandı

Bakıda bir neçə evdə fahişəxana aşkarlandı

Daxili İşlər Nazirliyi Bakıdakı əxlaqsızlıq yuvaları ilə bağlı məlumat yayıb.

Virtualaz.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Bundan başqa Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində də əxlaqsızlıq yuvaları təşkil etmələri üzə çıxarılıb. Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın