Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda binadan yıxıldığı deyilən 19 yaşlı qadının intihar etdiyi məlum olub

Bakıda binadan yıxıldığı deyilən 19 yaşlı qadının intihar etdiyi məlum olub

Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub.
“Report”un hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, özünü yerə atan qadın əvvəlcə qollarını kəsərək intihara cəhd edib.
Məlumata görə, ötən gecə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış massivi ev 56 mənzil 27 ünvanında yaşayan 1997-ci il təvvəllüdlü Əsgərova Sərvinaz Salman qızı şam yeməyi vaxtı həyat yoldaşı ilə mübahisə edib.
Bundan sonra o, qollarını kəsməyə başlayıb. Həyat yoldaşı isə ona mane olmağa çalışıb. Lakin fikrindən dönməyən gənc qadın özünü yaşadıqları evin eyvanından yerə atıb. O, yerə düşərkən paltarların asıldığı iplərə dəyib.
Yerə çırpılan S.Əsgərova xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib.
Ölən qadının 2 yaşlı övladı var.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın