Ana səhifə / Araşdırma / Bakıda bazarlarda leş toyuqlar satılır? – Rəsmi qurumdan ŞOK İDDİA

Bakıda bazarlarda leş toyuqlar satılır? – Rəsmi qurumdan ŞOK İDDİA

“Hətta ölmüş toyuqlar belə satışa çıxarılır!”

Space Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də bazarlarda satılan açıq toyuq ətləri ilə bağlı məlumatlar tamaşaçılara təqdim edilib. Teleaparıcı Amil Xəlil bir neçə bazarlara üz tutub. Açıq formada günün altında satılan toyuqların görüntülərini təqdim edən Amil Xəlil bazarlarda antisanitar vəziyyəti tamaşaçılara göstərib. O əsasən 8 km ərazisində bu cür halların yaşandığını xüsusi olaraq qeyd edib. Daha sonra Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov açıqlama verərək məsələnin ciddiliyinə diqqət çəkib. Onun sözlərinə görə hazırda ölkə bazarlarında ölü toyuq ətlərinin belə satışa çıxarıldığı ərazilər var.

Xatırladaq ki veriliş həftə içi hər gün saat 19:55 də şənbə günü 22:40 da Space Tv-də yayımlanır. Bu axşam (6 iyun) saat 19:55 də “Olar ? Olmaz!” verilişdə cadu ilə ailəsi dağıldığını deyən 3 ilin gəlinindən şok açıqlamalar efirdə yayımlanacaq. Qayanananın açıqlamaları və din adamlarının məsələyə münasibəti də olduğu kimi tamaşaçılara təqdim ediləcək.

VİDEO BURADA

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …