Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda bazarda kütləvi dava: Bir nəfər yeddi bıçaq zərbəsi aldı

Bakıda bazarda kütləvi dava: Bir nəfər yeddi bıçaq zərbəsi aldı

Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.
Bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfərlə mübahisə edib.
Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.(Report)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın