Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda bəy-gəlini müşayiət edən maşın aşdı: xəsarət alan var

Bakıda bəy-gəlini müşayiət edən maşın aşdı: xəsarət alan var

Bakıda bəy-gəlin maşınını müşayiət edən avtomobil aşıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib.

Nəticədə “Hyundai” beton yolayrıcına çırpılaraq aşıb.

Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Prospektin əsas tunelində tıxac yaranıb.

Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə “Hyundai” yol kənarına çəkilib.

Toy karteji yoluna davam edib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın