Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda azyaşlı övladlarına əsəbiləşən ana özünü bıçaqlayıb

Bakıda azyaşlı övladlarına əsəbiləşən ana özünü bıçaqlayıb

Bakının Suraxanı rayonunda övladları ilə mübahisə edən qadın özünü bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

H.Quliyev küçəsi, 9, mənzil, 3-də yaşayan 1987-ci il təvəllüdlü Kazımova Xalidə Kərim qızı öz qarın nahiyəsinə 3 bıçaq zərbəsi vuraraq intihara cəhd edib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ərindən boşanan X.Kazımovanın iki azyaşlı övladı var. Qadın övladlarına ona məxsus mobil telefonun adaptorunu qırdıqları üçün bərk əsəbiləşib. X.Kazımovanın anası onu sakitləşdirmək istəsə də, bunu bacarmayıb.

Qohumlarının dediyinə görə, iki uşaq anası dəfələrlə intihara cəhd göstərib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın