Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda avtobus sürücüsünə silah çəkən şəxs həbs edildi

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs həbs edildi

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.

Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.

Qeyd edək ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın