Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda arvadına işgəncə verən ər həbs olundu

Bakıda arvadına işgəncə verən ər həbs olundu

Bakıda həyat yoldaşına işgəncə verən kişi saxlanılıb. Hüquq-mühafizə orqanlarından “report”-a verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Məlum olub ki, Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Elbrus Əlsəfa oğlu Həsənov həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günəş Zakir qızı Həsənovanı mütəmadi olaraq döyərək ona fiziki və psixoloji işgəncələr verib. Ərinin işgəncələrinə dözməyən G.Həsənova bu barədə Nizami Rayon Polis İdarəsinə məlumat verib. Zərərçəkən şəxs sonuncu dəfə ərinin qaşığı qaz sobasında qızdıraraq onun üzünə dağ basdığını, həmçinin siqaretlə onun ayaq nahiyələrini yandırdığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı E.Həsənov saxlanılıb.

Onun barəsində Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (işgəncə vermə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaqçılar ailə münaqişəsinin baş vermə səbəblərini araşdırı

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın