Çərşənbə , İyun 26 2019
Ana səhifə / Araşdırma / Bakıda arıqlama gelləri satan şəxs həbs edildi – FOTO

Bakıda arıqlama gelləri satan şəxs həbs edildi – FOTO

İnsan orqanizminə ciddi zərər vuran, standartlara cavab verməyən keyfiyyətsiz, eləcə də müvafiq dövlət qurumlarından sertifikat alınmadan ölkəyə qanunsuz yolla gətirilən qeyri-qida  əlavələri və kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı şəxslər tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə guya insanın artıq çəkisinin azaldılması üçün nəzərdə tutulan “Nano Thermal Gel” gellərinin keyfiyyətsiz olması və həmin vasitələrdən istifadə edən şəxslərin orqanizmlərində ciddi fəsadlar yaratdığı barədə çoxsaylı şikayətlər daxil olub.

 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən keyfiyyətsiz, saxta gellərinin satışı ilə məşğul olan Bakı şəhər sakini Tural Mustafayev saxlanılıb. Saxlanılan şəxsə məxsus paytaxtın Nərimanov rayonunda yerləşən anbara baxış zamanı oradan külli miqdarda qeydiyyatsız, mənşəyi məlum olmayan, habelə sertifikatlaşdırılmadan satış üçün nəzərdə tutulan “Nano Thermal Gel” gelləri və müxtəlif çeşiddə olan çoxsaylı qeyri-qida əlavələri aşkar olunaraq götürülüb.

 

İlkin ifadəsi zamanı T.Mustafayev qeyd edilən gel və qeyri-qida əlavələrini ölkəyə gətirdiyini və həmin məhsulların onlayn yolla satışını təşkil etdiyini etiraf edib. Aşkar edilən mənşəyi məlum olmayan məhsulların insan orqanizminə mənfi təsirinin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir. Paytaxt sakinlərinin …

Bir cavab yazın