Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Bakıda ana və körpə doğuş zamanı ölüb, səbəb açıqlanıb

Bakıda ana və körpə doğuş zamanı ölüb, səbəb açıqlanıb

Respublika Kliniki Xəstəxanasında doğuş zamanı ana və uşaq ölümü baş verib.

Xəstəxananın baş həkiminin müavini Mahir Babayev APA-ya açıqlamasında bildirib ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı aprelin 8-i saat 12:00-da ağır vəziyyətdə və 40 dərəcə hərarətlə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, hamiləliyinin 27-ci həftəsində olan qadında sepsis, qaraciyər və böyrək çatışmazlığı olub: “Qanaxma və ölü döl qeydə alınıb. Qadında vəziyyəti çox kritik-ağır olub, qaraciyər-böyrək çatışmazlığı müşahidə edilib. Lazımi tibbi yardımlara baxmayaraq, onu və körpəni xilas etmək mümkün olmayıb, aprelin 9-da ana və uşaq ölüb”.

Baş həkimin müavini qeyd edib ki, meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilib: “Birliyin rəyi nəticəsində məsələ Səhiyyə Nazirliyində araşdırılacaq”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın