Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Bakıda ana-oğulu öldürən şəxsin cəzası dəyişdirilmədi – ÖMÜRLÜK HƏBS

Bakıda ana-oğulu öldürən şəxsin cəzası dəyişdirilmədi – ÖMÜRLÜK HƏBS

Bakı Apellyasiya Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.

 

Qeyd edək ki, R. Allahverdiyev Janna Hənifəyevna Məhərrəmova və onun oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovu yaşadıqları evdə mübahisə zəminində qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Alllehverdiyev apellyasiya şikayəti verib. O, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.

 

A.Məhərrəmov “Biznes Dialoq” konsaltinq xidmətləri şirkətinin rəhbəri, “Business-dialogue.az” saytının təsisçisi olub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın