Bazar , Oktyabr 2 2022
Ana səhifə / Araşdırma / Bakıda 90 yaşlı qadına işgəncə verilir? – Video

Bakıda 90 yaşlı qadına işgəncə verilir? – Video

Bakıda 90 yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məlumat yayılıb. 

“ Azinforum.az ” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır. İddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib. Kadrlardan görünür ki, qadın döşəməni silməyə məcbur edilir, soyuducudan götürdüyü əşyalarla bağlı ona kobud formada irad bildirilir. 

Bakının Buzovna qəsəbəsində lentə alındığı deyilən görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, həmin video ilə əlaqədar artıq araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. https://ok.ru/videoembed/4067745991274

Həmçinin oxuyun

32 il öncə Ermənilər 7 və 8 yaşlı qardaşları necə tələyə salıb?

2 oktyabr 1990-cı il. Bu tarix bir çoxuna adi günlərdən biri kimi görünsə də Abbasovlar …