Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda 9 maşın toqquşdu – Yaralılar var (video)

Bakıda 9 maşın toqquşdu – Yaralılar var (video)

Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.
Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, sürücüsü və dövlət nömrə nişanı hələlik məlum olmayan 160 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu yüksək surətlə hərəkət edərkən yerüstü piyada keçidinə dəyib. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Çox sayda yaralıların olduğu bildirilir.
Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.
“Bir saat əvvəl Bakının Suraxanı rayonu ərazisində marşrut avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb”.
Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Ancaq xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.
Videolar avtosfer.az saytına məxsusdur

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın