Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakıda 9 ayda baş verən cinayətlərin – STATİSTİKA

Bakıda 9 ayda baş verən cinayətlərin – STATİSTİKA

Oktyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində bu ilin 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

İdarədən daxil olan məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2016-cı ilin 9 ayı ərzində də uğurla davam etdirilib.

Müşavirədə qeyd olunub ki, 2016-cı ilin 9 ayı ərzində paytaxtda 9.137 ( ötən ilin müvafiq dövründə 8.706) cinayət qeydə alınıb.

Onların 82,7%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3%-i isə ağır və xüsusilə ağır növlər olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 15,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar 14,0% azalıb.

Cinayətlərin 78,5%-nin (ötən ilin müvafiq dövründə 75,9%), ağır növlərinin 78,1%-nin (77,9%), qeyri-aşkar şəraitdə baş verənlərin 67,8%-nin (64,7%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan1.314 cinayətdən 95,7%-i (92,3%), o cümlədən qəsdən adam öldürmələrin 98,0%-i, adam öldürməyə cəhdlərin 100%-i açılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 2,6%, onların ağır və xüsusilə ağır növlərinin açılması 0,2%, şəxsiyyət əleyhinə olanların açılması 3,4%, o cümlədən adam öldürməyə cəhdlərin açılması 10,5%, zorlamaların açılması 14,3%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 5,1%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 26,4%, mənzillərdən edilən oğurluqların açılması 10,6%, mal-qara oğurluğunun açılması 25,2%, mənimsəmə və israf etmə cinayətlərinin açılması 9,7%, soyğunçuluqların açılması 11,6%, quldurluqların açılması 3,5%, dələduzluqların açılması 0,8%, hədə-qorxu ilə tələb etmələrin açılması 10,2%, xuliqanlıqların açılması isə 5,2% yaxşılaşıb.

Qeyd olunub ki, “Təhlükəsiz şəhər”“ xidmətinin operatorları tərəfindən 2.692 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə 214 bağlı cinayət açılıb.

Hesabat dövründə 61 soyğunçuluq və quldurluq cinayəti törətmiş 112 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 249 oğurluq törətmiş 121 nəfərdən ibarət 47 cinayətkar qrup ifşa olunub. Bununla yanaşı, təqsirləndirilən şəxs qismində axtarışda olan 1.402 nəfərdən 69,0%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 553 nəfərdən isə 53,0%-i tutulub.

Narkotiklərlə bağlı aşkar edilmiş 973 (1074) fakt üzrə qanunsuz dövriyyədən 235 kq-dan çox (+8 kq 817 qr) narkotik vasitə çıxarılıb. 96 odlu silah, 9 qumbara, 8.872 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 47 odlu silah götürülüb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın