Ana səhifə / Araşdırma / Bakıda 8 yaşlı qızı zorlayan pakistanlıya ağır cəza

Bakıda 8 yaşlı qızı zorlayan pakistanlıya ağır cəza

8 yaşlı ögey qızına qarşı seksual xarakterli hərəkətlər edən pakistan vətəndaşına hökm oxunub. 
Musavat.com xəbər verir ki, ögey qızına qarşı seksual hərəkətlər etməkdə, zorlamada təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonın cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsə hökm oxunub.
Pakistan vətəndaşı 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Bakıda, Maştağa qəsəbəsində baş verib.
Tanver Muhammed Bato nikahda olduğu azərbaycanlı qadının 8 yaşlı qızını zorlayıb və seksual xarakterli hərəkətlər törədib.
Pakistan vətəndaşı 40 yaşlı qadının şikayəti əsasında həbs edilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın