Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Bakıda 8 il cəza alan erməni narazıdır

Bakıda 8 il cəza alan erməni narazıdır

Bakıda cəza alan erməni narazıdır. 8 il cəza alan Marat Ueldanov apellyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Amma Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən apellyasiya şikayəti verib. İş icraata qəbul edilib. İlkin baxış iclası avqustun 4-nə təyin edilib.

Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə baş tutacaq.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın