Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Araşdırma / Bakıda 71 yaşlı qardaş 81 yaşlı bacısını çəkiclə öldürdü (FOTO)

Bakıda 71 yaşlı qardaş 81 yaşlı bacısını çəkiclə öldürdü (FOTO)

Bakının Xəzər rayonunda qardaş bacısını öldürüb, daha sonra intihar etmək istəyib. Musavat.com-un əməkdaşı hadisənin baş verdiyi yerdə olub. 
Hadisə Şüvəlan qəsəbəsi ərazisindəki Talış yaşayış massivində baş verib. Qəsəbə sakini 71 yaşlı Ceyhun Qulamov onunla bir evdə yaşayan 81 yaşlı bacısı Arifə Qulamova ilə mübahisə edib. Yaşlı qardaş özündən 10 yaş böyük bacısının baş nahiyəsindən çəkiclə vuraraq, onu qətlə yetirib. Hadisə barədə ən birinci qonuşuqda yaşayan Babayevlər ailəsi bilib.
Qonşu Gülverdi Babayev əməkdaşımıza deyib ki, Ceyhun Qulamov özünü asmaq istəyib: “Çilçıraqdan asmaq istəyib özünü. Cilçıraq dözməyib sınıb yerə düşmüşdü. Dedi danışmağa taqətim yoxdur. Mən də polisə xəbər verdim”.
Hadisə yerinə gələn Xəzər Rayon Polis İdarəsinin və 2-ci Polis Bölməsinin əməkdaşları qadının öldüyünün, cinayəti törətməkdə şübhəli bilinən Ceyhun Qulamovun isə ağır yaralandığının şahidi olublar. 71 yaşlı kişi polis nəzarəti altında 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Arifə Qulamovanın meyiti isə müayinə üçün ekspertizaya göndərilib.
Hadisə yerindən tapılan və cinayətdə istifadə olunan çəkic maddi sübut kimi götürülüb.
Qulamovları mehriban bacı-qardaş kimi tanıyan qonşular indiyədək onların evindən mübahisə səsi eşitmədiklərini deyirlər.
Qətlin səbəblərinə gəlincə, hələlik bu barədə rəsmi məlumat verilməyib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın