Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bakıda 22 yaşlı gəncin müəmmalı ölümü: qətl, yoxsa suda boğulma?

Bakıda 22 yaşlı gəncin müəmmalı ölümü: qətl, yoxsa suda boğulma?

Şənbə günü axşam saatlarında Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında yerləşən göldə bədbəxt hadisə baş verib. Musavat.com-un məlumatına görə, dostları ilə birgə balıq tutmaq istəyən 22 yaşlı Kənan Muradov göldə batıb.
Kənan Muradovun yaxınlarının verdiyi məlumata görə, taxta qayıqda Kənan Muradovdan başqa 3 nəfər də olub. Onlardan ikisi Kənanın dostu, digəri isə qayıqçı olub. Digər 3 nəfər geri qayıtsa da, Kənan Muradov qayıtmayıb. Ailə üzvlərinə bildirilib ki, qayıq çevrilib və 22 yaşlı gənc göldı batıb.
Qayıqçı hüquq-mühafizə orqanı əməkdaşlarına qayığın batdığı yeri göstərib. Bundan bir qədər sonra həmin şəxs yoxa çıxıb və onun qaçıb gizləndiyi güman edilir. Axtarışlardan sonra Kənan Muradovun meyiti tapılıb. Aparılan ekspertiza zamanı məlum olub ki, 22 yaşlı gənc suda batmayıb, boğularaq öldürülüb. Onun boğaz nahiyəsində barmaq izləri aşkarlanıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Əməliyyat-istintaq tədbirlərinə Kənan Muradovun sakini olduğu Zəngilan rayonunun hüquq-mühafizə orqanları da cəlb edilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Musavat.com nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) batan 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun meyiti nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
musavat.com

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın