Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Bakıda 19 yaşlı qız əri tərəfindən döyülüb – FOTO

Bakıda 19 yaşlı qız əri tərəfindən döyülüb – FOTO

Ötən gün Sabunçu rayonunda ailə münaqişəsi zəminində döyülmə hadisəsi olub. Belə ki, 19 yaşlı Musayeva Zeynəb Əli qızı rayonun Bünyadov küçəsində yerləşən mənzildən döyülmə xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. İlkin müayinələr zamanı Z.Musayevada sağ qaş nahiyyəsinin əzilmiş-deşilmiş yarası aşkar edilib. Tibbi yardımdan sonra o, ambulator müalicəyə buraxılıb.

Zərəçəkənin ailə üzvlərinin SalamNews-a verdiyi məlumata görə, Zeynəb Musayeva həyat yoldaşı 20 yaşlı Fərid Əmrahi tərəfindən döyülüb. 2016-cı ilin sentyabr ayında ailə həyatı quran Z.Musayeva mütəmadi olaraq ərinin təzyiqlərinə məruz qalıb və ötən gün ailədə daha ciddi mübahisə baş verib. Belə ki, F.Əmrahi ailə üzvlərinin gözü qarşısında həyat yoldaşını döyüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Bakıda 19 yaşlı qız əri tərəfindən döyülüb

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın