Ana səhifə / Araşdırma / Bakıda 15 və 16 yaşlı yeniyetmələr 24 yaşlı qızı zorladılar – Evə basqın və iyrənc olay

Bakıda 15 və 16 yaşlı yeniyetmələr 24 yaşlı qızı zorladılar – Evə basqın və iyrənc olay

Mia.az Sputnik-ə istinadən xəbər verir  ki, bu barədə rayon polis idarəsindən bildiriblər. 42-ci polis bölməsinə Maştağa qəsəbəsinin sakini, 24 yaşlı V.A müraciət edib.

Adının açıqlanmasını istəməyən xanım bildirib ki, 19 sentyabr tarixində şəxsi evində 18:00-da iki oğlan tərəfindən zorlanıb.

42-ci polis bölməsinin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin həddi-buluğa çatmamış sakinləri Xəyyam Ağayev (16 yaş) və Siyavuş Ağayev (15 yaş) saxlanılıb.

Məlum olub ki, yeniyetmə oğlanlar zərər çəkmişlə qonşuluqda yaşayıb. Oğlanlar qohum deyil, sadəcə eyni soyada sahibdir. Yeniyetmə oğlanlar tutduqları əməlləri etiraf edib. Oğlanlar iddia edir ki, qız qəsəbədə pis ad qazanıb: “Burada onun haqqında deyirdilər ki, o, yüngül davranır. Ona görə düşündük ki, onunla cinsi əlaqəyə girsək, heç bir problem olmayacaq”.

İstintaq zamanı məlum olub ki, cinayətkarlar zərərçəkmişin evinə girib. Yeniyetmələr qızın ailəsinin digər üzvlərinin evdə olmadığını qabaqcadan bilib. Saxlananlar barəsində zorlama fakt üzrə cinayət işi açılıb.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın