Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda 14 yaşlı qıza qarşı seksual hərəkətlər edənlərə ən ağır cəza…

Bakıda 14 yaşlı qıza qarşı seksual hərəkətlər edənlərə ən ağır cəza…

Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslərə ən ağır cəza təyin edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1984-cü il təvəllüdlü Nəcməddin İmanov və 1982-ci il təvəllüdlü Rəşad Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkət edən şəxslərə hökm oxunub. Hökmə əsasən R.Cəfərov və N.İmanov sanksiyada olan ən ağır cəza ilə cəzalandırılıblar. Onların hər ikisi 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində Neft Mədənləri adlanan ərazidə yerləşən yaşayış binasında baş verib. Adları çəkilən şəxslər həmin binada yaşayan 14 yaşlı qızı bolka salaraq seksual xarakterli hərəkətlər ediblər. Zərərçəkmiş qızın yaxınları məsələdən xəbər tutaraq polisə şikayətə ediblər.

Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın