Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bakıda 131 cinayətkar qrup zərərsizləşdirilib

Bakıda 131 cinayətkar qrup zərərsizləşdirilib

Xəbər verdiyimiz kimi, bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ilin yekunları ilə bağlı nazirə hesabat verib.

O bildirib ki, 2016-cı ildə paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 11.940 cinayət qeydə alınıb ki, onların da 83,2 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə ağır və xüsusilə ağır növlər olub.

“2015-ci illə müqayisədə qəsdən adam öldürmələr 12,7 faiz, adam öldürməyə cəhdlər 10 faiz, yol-nəqliyyat hadisələrinin sayı 14,2 faiz, həlak olanların sayı 16,2 faiz, xəsarət alanların sayı isə 18,7 faiz azalıb.

Cinayətlərin 75,9 faizinin, ağır növlərinin 76,5 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 64,4 faizinin, şəxsiyyət əleyhinə olan 1.709 cinayətin 95 faizinin, o cümlədən qəsdən adam öldürmələrin 94,6 faizinin, adam öldürməyə cəhdlərin açılması isə tam təmin olunub.

Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 0,7 faiz, şəxsiyyət əleyhinə olanların açılması 1 faiz, o cümlədən adam öldürməyə cəhdlərin açılması 3,3 faiz, qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 0,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, həmçinin dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 27,1 faiz, mənzillərdən edilən oğurluqların açılması 6 faiz, mal-qara oğurluğunun açılması 22,9 faiz, soyğunçuluqların açılması 13,2 faiz, quldurluqların açılması 12,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 6,7 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3.947 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 380 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub.

Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın