Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Bakıda ərlə arvad bıçaqlaşıb, qadın ölüb

Bakıda ərlə arvad bıçaqlaşıb, qadın ölüb

Bakıda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.
Münaqişə zamanı N. Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra M. Ağayeva mətbəxdən bıçaq gətirərək N. Ağayevi bıçaqlayıb.
M. Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N. Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın