Ana səhifə / Araşdırma / Bakıda “Əli və Nino”nun aktyorlarından birini döydülər

Bakıda “Əli və Nino”nun aktyorlarından birini döydülər

Paytaxtda xuliqanlıq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hüseyni Heyrəbadi Məhəmməd oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən saat 06 radələrində Xəqani küçəsi 14 ünvanının qarşısında xuliqanlıq zəminində döyülüb.

Şikayətçi ona hücum edən şəxsin adının Orxan olduğunu da əlavə edib.

İlkin araşdırmalardan sonra məlum olub ki, H.Hüseynini döyən şəxs Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Kazımov Orxan Yusif oğludur.

O da məlum olub ki, zorakılıqla üzləşmiş şəxs Bakıda çəkilən “Əli və Nino” filminin aktyorlarından biridir.

H.Hüseyni filmdəki bəzi səhnələrdə kaskadyorluq edir və şəhərin mərkəzində yerləşən otellərdən birində qalır.

Müraciət əsasında araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın