Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakı – Sumqayıt yolunda dəhşətli qəza – 4 yaralı (VİDEO)

Bakı – Sumqayıt yolunda dəhşətli qəza – 4 yaralı (VİDEO)

Bakı-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib.
ARB TV xəbər verir ki, hadisə yolun 24-cü kilometrliyində qeydə alınıb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomobilin sürücüsü yolun təmir gedən hissəsinə çatanda idarəetməni itirib.
Avtomobil maneələri dağıdaraq, qarşı tərəfin hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan “QAZel”  markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində “Lada”nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu “QAZel”in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıblar. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar.
İlkin ehtimala görə, “Lada”nın sürücüsü sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb və nəticədə qəza baş verib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın