Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakı-Sumqayıt yolunda ağır qəza – Ata və oğul ölüb + Foto

Bakı-Sumqayıt yolunda ağır qəza – Ata və oğul ölüb + Foto

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan Qazel markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə Qazelin sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.

Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların cəsədləri FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.

Artıq qəza zamanı həyatını itirmiş şəxslərin kimliyi məlum olub.

1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,

1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu

Faktla bağlı araşdırma aparılır.




Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın