Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakı-Sumqayıt qatarı qızı vurdu – Qulaqcıqla mahnı dinləyirdi…

Bakı-Sumqayıt qatarı qızı vurdu – Qulaqcıqla mahnı dinləyirdi…

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar gənc qızı vurub.

Bu barədə “Qafqazinfo” ya Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirova məlumat verib.

O qeyd edib ki, bu gün 09:40 radələrində Xırdalan-Biləcəri istiqamətində Sumqayıtdan Bakıya hərəkət edən iki mərtəbəli elektrik qatarı 21 yaşlarında olan gənc xanımı vurub:

“Xanım qulaqcıqla mahnıya qulas asırmış. Maşinist bir neçə dəfə xəbərdaredici siqnallar versə də, o,  mahnının səsindən siqnalları eşitməyib. Nəticədə yüngül xəsarət alıb. Dərhal maşinistlər tərəfindən  təcili tibbi yardım  vasitəsilə yaxınlıqdakı klinikaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın