Ana səhifə / Araşdırma / Bakı sakini arvadının sevgilisi ilə şəkillərini tapdı, qətl törətdi

Bakı sakini arvadının sevgilisi ilə şəkillərini tapdı, qətl törətdi

Bakı şəhərində qətl hadisəsi baş verib. Qısqanc ər özündən 10 yaş kiçik olan həyat yoldaşını boğaraq qətlə yetirib.

Virtualaz.org saytının xəbərinə görə, ilkin məlumatlara əsasən, hadisə 36 yaşlı Bəxtiyar Məmmədovun həyat yoldaşının telefonunda onun sevgilisi ilə çəkdirdiyi şəkilləri aşkar etdikdən sonra baş verib. Gördüklərindən qəzəblənən, əsəblərini cilovlaya bilməyən ər qadının boğazından yapışaraq boğmağa başlayıb. Mexaniki asfiksiya nəticəsində qadın dünyasını dəyişib.

Cütlüyün bir azyaşlı övladı var.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Nizami rayon prokurorluğundan virtualaz.org saytına B.Məmmədovun şübhəli şəxs qismində saxlanıldığı bildirilib.e

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın