Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakı Şəhər İcra Hakimiyyətinin xidməti maşını piyadanı vurdu

Bakı Şəhər İcra Hakimiyyətinin xidməti maşını piyadanı vurdu

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobil 35 yaşlı kişini vurub.
Azinforum.az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Əziz Əliyev küçəsində 1982-ci il təvəllüdlü Rəşad İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Sərvan Mehdiyevi vurub. S.Mehdiyev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü R.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsində işləyir. Onun idarə etdiyi “Hyundai” markalı avtomobil BŞİH-nin xidməti maşınıdır.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın