Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından qeyri-insani əməl – İti al-qana boyadılar

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından qeyri-insani əməl – İti al-qana boyadılar

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının küçə itlərinə qarşı qəddarlığını əks etdirən görüntülər yayılıb.

GoldNews.az xəbər verir ki, görüntülərdə sahibsiz itləri küçələrdən təmizləmək məqsədilə aparılan işlərin BŞİH əməkdaşları tərəfindən heç də insanı qaydalar çərçivəsində həyata keçirilmədiyi görünür. Belə ki, qurum əməkdaşları iti yaraladıqdan sonra boynu və ağzına dəmir halqa keçirərək, al-qan içində maşına mindirməyə çalışıblar. Hadisə Bakı şəhərinin 4-cü mikrorayon ərazisində baş verib.

Ortaya çıxan görüntü insanlar tərəfindən hiddətlə qarşılanıb və bəzi vətəndaşlar qurumun bu qeyri-insanı hərəkəti həyata keçirən əməkdaşlarına ciddi iradlarını bildiriblər.

Sözügedən kadrları sizə təqdim edirik.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …