Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Araşdırma / Bakı rusiyalı turistlərin payız səyahəti reytinqində üçüncüdür

Bakı rusiyalı turistlərin payız səyahəti reytinqində üçüncüdür

Paytaxt Bakı rusların 2018-ci il üçün MDB şəhərlərinə payız səyahəti reytinqində üçüncüdür.

“Report” xəbər verir ki, reytinq “TurStat” analitik agentliyi tərəfindən hazırlanıb.

Ekspertlərin hesablamalarına görə, rus turistlər payızda Azərbaycana və Bakıya orta hesabla 3 günlük gəlirlər. Onlar bir gün üçün yemək və qalmağa 30-80 dollararası pul xərcləyirlər.

MDB-də ən ucuz payız turları üçün Qırğızıstan və Özbəkistan, həftə sonları və alış-veriş turları üçün isə Astana və Bakı seçilir.

Aşağıda payız səyahəti üçün məşhur olan MDB ölkələrinin şəhərləri təqdim olunub.

Turistlərin 2018-ci ilin payız fəsli üçün seçdiyi ən yaxşı 10 MDB şəhəri:

Minsk (Belarus)

Astana (Qazaxıstan)

Bakı (AZƏRBAYCAN)

İrəvan (Ermənistan)

Daşkənd (Özbəkistan)

Almatı (Qazaxıstan)

Bişkek (Qırğızıstan)

Kişinyov (Moldova)

Düşənbə (Tacikistan)

Aşqabad (Türkmənistan)

Həmçinin oxuyun

“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı

Azərbaycanda fəaliyyət göstərən, adı daha çox qalmaqallı məsələlərdə hallanan “Sipark İnşaat” şirkətinin adı daha bir …