Cümə , Dekabr 9 2022
Ana səhifə / Araşdırma / Bakı polisi Avropada yaşayan bloqer və jurnalist barəsində axtarış elan etdi – FOTO

Bakı polisi Avropada yaşayan bloqer və jurnalist barəsində axtarış elan etdi – FOTO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər – bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.

Həmçinin oxuyun

Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq …