Ana səhifə / Araşdırma / Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır? FOTOLAR

Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır? FOTOLAR

Bakı Nəqliyyat Agentliyi 27 sentyabrda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıları daşıyacaq ekspress xətt avtobuslarının rahat, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə gördüyü hazırlıq işləri barədə açıqlama yayıb. Xəbərdə bildirilir ki, matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalında hərəkətin təhlükəsizliyi üçün zəruri olan infrastruktur yaradılır.

“Məlumat verdiyimiz kimi əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq.
Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə – yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq. Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları Bakı Olimpiya Stadionuna eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək” – deyə BNA-nın açıqlamasında qeyd edilir.

AFN xəbər verir ki, qurumun Olimpiya stadionu ətrafını çox geniş arealda hasarlaması yerli sakinlərin narazılığına səbəb olur. Belə ki, hələ “Qarabağ”ın öz meydanında oynadığı sonuncu oyun zamanı tamaşaçılar stadionu tərk edərkən problemlə üzləşiblər. Stadionun ətrafında yaşayan sakinlər öz mənzillərinə piyada və birbaşa getmək imkanında olsalar da, məlum hasarlama üzündən onlar metronun “Koroğlu” stansiyasına gedib ordan marşrutla qayıtmalı olmuşdular. Hətta durum o qədər vahimləşmişdi ki, əhali arasında hansısa terror təhlükəsinin olması haqda şayiələr yayılmışdı. Hələ o zaman AFN-in əməkdaşlarının da şahidi olduğu bu problem haqda yazmaq istəsək də, düşündük ki, növbəti dəfə bu cür məhdudiyyət yaradılmaz. Amma görünür, BNA Azərbaycan insanının vəhşi görüntüsünü və terror xofu yaradan bu “çəpərləmə” siyasətindən əl çəkmək fikrində deyil. Üstəlik, qurum bu addımını kifayət qədər normal sayır.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev AFN-in suallarını cavablandırarklən bildirib ki, Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalında ekspress avtobusların və ondan istifadə edəcək sərnişinlərimizin, yəni biletli tamaşaçıların rahat, maneəsiz və təhlükəsiz hərəkəti üçün ərazidə təhlükəsizlik baryerləri quraşdırılır və çəpərlər çəkilir: “Düşünmürəm ki, burda o dediyiniz təəssürat yaranır. Bu normal bir haldı. Nəzərə almaq lazımdır ki, oyunu izləmək üçün 60 min nəfərdən artıq tamaşaçı olacaq. Və bu qədər insan eyni vaxtda stadionu tərk edəcək. Bu zaman mümkün xoşagəlməz halların (sıxlığın) olmaması üçün bu addım atılır”.

BNA rəsmisi hesab edir ki, bu zaman kimlərinsə hüquqlarının pozulmasından və ya məhdudlaşdırılmasından söhbət getmir: “Hasarlama oyuna gələn tamaşaçıların rahatlığı və ən əsası təhlükəsizliyi üçün atılan bir addımdır. Dünyanın hər yerində keçirilən bu kimi kütləvi tədbirlərdə məhz bu qaydada olur. Avropa Oyunlarında da İslam Oyunlarında da məhz bu cür olub”.

Maraqlıdır, bu qərar BNA-nın özü tərəfindən verilib, yaxud digər təşkilatçı qurumlar da təşəbbüskarlar sırasındadır? Sualımıza cavab verən M.Ağayev buldirdi ki, qərar müvafiq qurumlar tərəfindən həm Avropa oyunlarının həm İslam oyunlarının həm də dünya ölkələrində keçirilən bu kimi oyunların praktikası nəzərə alınmaqla qəbul edilib. Lakin hörmətli BNA sözçüsü qərarın konkret hansı qurumlarla məsləhətləşmə əsasında verildiyini demədi.

Tez-tez beynəlxalq tədbirlərdə iştirak edən, xarici ölkələrdə səfərlərdə olan hüquqşünas Rəşid Hacılıdan məsələ ilə bağlı mövqe öyrəndik. Onun sözlərinə görə, belə addımlar iki məqsədlə atıla bilər: “Birincisi, oyuna baxmağa gələnlərin və başqa şəxslərin təhlükəsizliyi, ikincisi, rahatlığı.
Bunun üçün də zəruri olan dərəcədə, artıq yox. Çünki artıq tədbir artıq xərc və məhdudiyyət deməkdir. Ətrafda yaşayan və işləyənlərin mənafelərinin nəzərə alınması, onlara lazımsız məhdudiyyət qoyulması yolverilməzdir.
Əgər buna xüsusi zərurət varsa həmin yolda polis durmalı, gəlib-gedənləri müşahidə etməlidir. Amma insanların öz mənzillərinə getmək yolunu kəsməməlidir”.
Qeyd edək ki, Tofiq Bəhramov adına stadionda keçirilən oyunlar zamanı belə geniş arealda məhdudiyyətlər tətbiq edilmir. Hansı ki, adıçəkilən stadion şəhərin mərkəzində yerləşir və orada bu tədbirlərə daha çox ehtiyac var, nəinki hərəkətin ən seyrək olduğu ərazilərdən olan Bakı Olimpiya Stadionu ətrafında. Görünür, artıq xərc çəkmək BNA-nın şakəridir…

Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır?

Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır?

Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır?

Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır?

Bakı Nəqliyyat Agentliyi əhalidə niyə təşviş yaradır?

 

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …