Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Bakı milyonçularının sirri- Onların varidatını kimlər taladı?

Bakı milyonçularının sirri- Onların varidatını kimlər taladı?

XX əsrin əvvəllərindəki Bakının, orada baş verən hadisələrin mahir bilicisi olan mərhum yazıçı Manaf Süleymanov araşdırmalarının birində Bakı milyonçuları haqqında vacib bir məqama toxunub. Onun toxunduğu məqam bir çox insanların sual obyekti idi: Bakı milyonçularının külli-miqdarda olan varidatlarının aqibəti necə oldu?
Lakin Moderator.az Manaf Süleymanovun həmin araşdırmasına istinadən edərək, təkcə buy ox,  başqa bir detala da diqqət ayıracaq: Ümumiyyətlə, milyonçular öz varidatlarını necə qoruyurdular?
Məhz bu suala cavab alandan sonra var-dövlətin sonrakı aqibətinə də nəzər salacağıq:
“…neftxudalar və başqa dövlətlilər cavahirat, qızıl və platindən təmtəraqlı, ziqiymət bəzək əşyaları hazırlatdıranda mütləq onların saxta surətlərini qayıtdırardılar ki, bunlar qətiyyən əsl cavahiratdan seçilməzdi. Əsl brilyant-cavahiratları banklardakı seyflərdə gizlədər, saxtanı ziyafət məclislərinə, toya-teatra taxardılar. Əlbəttə bu sirri çox az adam bilərdi. Bu saxta bəzək əşyaları elə həssaslıq, elə ustalıqla düzəldilərdi ki, bəzən mütəxəssislər belə onları ayıra bilmirdilər; yalnız sahibləri xüsusi nişanələrlə tanıyırdılar. Qalan 200—230-a qədər seyfdə qiymətli kağızlar, mədən-zavod, mülkmaaş qəbalələri və s. saxlanardı. Özümü saxlaya bilməyib heyrətlə maliyyəçinin sözünü kəsdim:
-Bəs o qədər ləl-cavahirat, qızıl, platin, var-dövlət nə oldu? Hara getdi?.. -Çox hissəsini Şaumyanla Mikoyan oğurladılar, yarısını qohum- əqrəbalarının evlərində torpağa basdırıb gizlətdilər, qalanını Rusiyaya qaçırdanda Sentrokaspi «Leyla» barkazında tutub hərraca qoydular. Qalanını on birinci ordu Bakını işğal edəndə taladılar. Rusiya proletariatının qarnında həzm-rabedən keçdi…
Bu sözləri deyəndə qoca maliyyəçi bic-bic gülümsədi, üzünün qırışlarından istehza yağırdı.
-Necə yəni proletariatın qarnında həzm-rabedən keçdi?
 -Elə ki,-qoca dediyini təkrar etdi,-o varidatı, ləl-cavahiratı, ziqiymət sənət əsərlərinin hamısını satdılar İran tacirlərinə, əvəzinə un, düyü, buğda, arpa, lobya, mərci, noxud, kişmiş, kuraqa, qaysı alıb bir hissəsini bizim camaata payladılar, qalanını da yolladılar Urusiyyətə… Komissiyalar yaradıldı, şəhərdə olan yüzdən çox bankda hesabat-uçot tərtib edildi, kataloqlar düzəldildi. Cavahirat karatına, qızıl, gümüş, platinin misqalına qədər yazıldı, burjuyların bütün mağaza və anbarlarında, evlərində olan hər şey siyahıya alınıb talandı”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …