Şənbə , May 25 2019
Ana səhifə / Araşdırma / Bakı meriyasının gizli şəriki Ramazan Məmmədov kimdir? – Tenderlərə ayrılan milyonlar necə yoxa çıxır?

Bakı meriyasının gizli şəriki Ramazan Məmmədov kimdir? – Tenderlərə ayrılan milyonlar necə yoxa çıxır?

Biriləri onu Bakı meriyasının milyonçu məmuru, digəri “tender kralı”, bir çoxları isə “Məmmədoğulları” MMC-nin rəhbəri kimi tanımaqda davam edir. Bəzi media nümayəndələri onu xeyriyyəçi kimi qələmə verməklə kimsəsizlərə yardım edən şəxs kimi də cəmiyyətə sırımağa çalışır.
Hacı Ramazan Məmmədovun əsl kimliyi və hansı işlə məşğul olmasına Realliqinfo.org – un apardığı qısa araşdırmalarda aydınlıq gətirməyə çalışmışıq.
Hacıbala Abutalıbovun Bakı meri olduğu dönəmdə paytaxtın bir sıra rayonlarında həyata keçirilən layihələrdə bu şəxsin saxta yollarla təsis etdiyi firmaların və ya MMC-lərin adına rast gəlmək olur. Bakı merinin yaxın dostu demək olar ki, illərlə həyata keçirilən tenderlərin qalibi olub. Onun fəaliyyətini araşdıran realliqinfo.org-a bir sıra gizli məqamlar da aydın olub.

Bakı meriyasının gizli şəriki Ramazan Məmmədov kimdir?

Ramazan Məmmədov Bakı meriyasında heç bir vəzifə daşımır. Bu şəxs Hacıbala Abutalıbov və Maliyyə nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevlə işbirliyi nəticəsində əldə etdiyi tenderlərlərdə ayrılan vəsaitin yüksək faizinin sahibi olub. Onun MMC-lərinə həvalə edilən işlərdə dövlətin ayırdığı milyonlarla vəsait “yoxa”çıxıb. Bakının bəzi rayon rəhbərləri Ramazan Məmmədovla işbirliyindən imtina etsələr də sonradan onunla işləməyə məcbur ediliblər.

Təkcə son illər Bakı mertiyasının rayonlarda görülməli olan layihələrlə bağlı keçirdiyi tenderlərin qalibi kimi yalnız bir şəxsin – Ramazan Məmmədovun adına rast gəlmək olur. Dövlətdən ayrılan milyonların 30 faizinin yiyəsinə çevrilən Ramazan Məmmədovun göbələk kimi peyda olan və sonradan yoxa çıxan şirkətlərinin gördüyü işlər də yalnız kağız üzərində qeyd olunub.
Realliqinfo.org – un apardığı araşdırmalar göstərir ki, Ramazan Məmmədov son bir neçə ildə dövlətin milyonlarla vəsaitini məniumsəməkdə adı hallanır və bu şəxsin müəmmalı fəaliyyəti araşdırılmayıb. Dövlətin aidiyyatı qurumlarının diqqətini çəkən R.Məmmədovun dövlətin milyonlarına sahib çıxması kimi faktlar rəsmi sənədlərdə qeyd olunmayıb. Maliyyə nazirliyinin 1 saylı Xəzinədarlıq idarəsi və Bakı meriyası adıçəkilən “tender kralının” fəaliyyətini qanuniləşdirməyə çalışıb. Qeyd etdiyimiz kimi ayrılan vəsaitlərin şərikli mənimsənilməsi dövlətin aidiyyatı qurumlarının hərəkətə keçməsinə əngəllər yaradıb.

Bakı meriyasının milyonçu şərikinin paytaxtda sahib olduğu obyektlərini və tikinti şirkətlərini sadalamaqla bitən deyil. Realliqinfo.org saytına daxil olan məlumatda qeyd olunur ki, Ramazan Məmmədovun Bakıda sahib olduğu onlarla binanın dəyəri belə on milyonlarla ölçülür.
“Məmmədoğulları”MMC, mebel mağazaları, “Memmedoğulları” servis,Bakı meriyasının gizli şəriki Ramazan Məmmədov kimdir? Bakının mərkəzində hündürmərtəbəli ofislər binası və s. haqqında qeyd etdiyimiz şəxsin son illər əldə etdiyi “uğurların” bəhrəsidir. Ramazan Məmmədovun toxunulmazlıq statusu daşımasına gəlincə burda Bakının sabiq merinin əməyini qeyd etmək olar.
Milyonlarla layihələrin və tenderlərin qalibi kimi tanınan şəxsin hazırda Azərbaycandan kənarda da böyük biznes qurduğu deyilir. Türkiyə və Rusiyada biznes şəbəkəsinə sahib olan Ramazan Məmmədovun qanunsuz yolla əldə etdiyi milyonların hesabının aparılması, dövlətdən oğurlanan vəsaitlərin geri qaytarılması ilə nəticələnə bilər.
Maliyyə nazirliyinin Nadir Qarayev kimi məmurları və Bakının bir sıra rayonlarının icra başçılarının saxta sənədləşmələri mənimsənilən milyonların mənbəyini aşkara çıxarır.
Bakı meriyasının gizli şəriki Ramazan Məmmədov kimdir?
Ramazan Məmmədovun dövlətin milyonlarına qənim kəsilən fəaliyyəti və Nadir Qarayevin şərikli saxtakarlığı ilə bağlı mediada dərc olunan yazılar çox keçmir ki, “yoxa” çıxır. Səbəb bəllidir – Bakı meriyasının mənimsənilən milyonlarının şəriki olan şəxsin qaranlıq fəaliyyətini açığa çıxartmaq təhlükəli hesab olunur. Dövlətin milyonlarını mənimsəyən Ramazan Məmmədov – Nadir Qarayev cütlüyünün qanunla cəzalandırılması və milyonların hesabının aparılması zamanı yetişib. Əndişələnməyin və məlumatların silinməsi Ramazan – Nadir cütlüyünün hüquqa təslim edilməsinin zamanını uzatmaqdadır. Lakin, Bakı meriyasına olacaq yeni təyinatın bu günə qədər gizli qalan sirrlərin ictimailəşməsinə və dövlətin haqq –hesabına şərait yaradacağına ümid edirik.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …