Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / Bacısının başını kəsən qız barəsində gözlənilməz qərar çıxarıla bilər

Bacısının başını kəsən qız barəsində gözlənilməz qərar çıxarıla bilər

Yeni məlumat var.

Ötən ilin oktyabrında Bakıda bacısı Günelin boğazını kəsərək öldürən Pərvanə Nuriyevanın istintaqı yekunlaşıb.

Azinforum.Az axar.az-a istinadən xəbər verir ki, məhkəmə-psixatrik ekspertiza təyinatından sonra onun müalicəsi davam etdirilir.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da Pərvanə ilə görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd etmişdi. Həmçinin, qızın ifadəsində “Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür” deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır.

Əgər ekspertiza P.Nuriyevanın cinayəti törədərkən güclü ruhi həyəcan keçirdiyini müəyyən etsə, məhkəmə onun barəsində məcburi müalicəyə göndərmək hökmü çıxara bilər.

Ancaq ekspertizanın nəticələri ictimaiyyətə açıqlanmır. Son xəbərə görə, məhkəmə prosesi qapalı keçirilir və ictimailəşdirilməsi məqsədəuyğun sayılmır. Qızların atası, Şəkidə tanınmış iş adamı və bələdiyyə üzvü olan Etibar Nuriyev hadisənin konfidensial saxlanmasını istəyib.

Qeyd edək ki, əslən Şəkidən olan bacılar Bakıda musiqi təhsili alırdılar. P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın