Ana səhifə / Araşdırma / Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayır

Bacısının başını kəsən biznesmen qızının məhkəməsi başlayır

Azərbaycanda öz bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin keçiriləcəyi vaxt açıqlanıb. “Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın qətlində təqsirləndirilən bacısı, 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Eldar İsmayılov sədrlik edəcək.
Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın