Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / Baba: “Ögey ana azyaşlı nəvələrimə dəhşətli işgəncələr verib, belində siqaret söndürüb…”

Baba: “Ögey ana azyaşlı nəvələrimə dəhşətli işgəncələr verib, belində siqaret söndürüb…”

Azərbaycanda azyaşlı uşaqlar atası və ögey anası tərəfindən dəhşətli işgəncələrə məruz qalıb.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə azyaşlıların babaları, Ağcabədi rayonunun Aşağı Qiyamədinli kənd sakini Qulu adlı şəxs tərəfindən videomüraciət yayılıb.

Babanın sözlərinə görə, nəvələri Qulu və Hüseyn 1 yaş 7 aylıq və 2 yaşında ikən anaları qaraciyər sirrozundan vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların qara günləri başlayıb, ögey ana ata ilə birlikdə uşaqlara müxtəlif işgəncələr verib.Uşaqların belində siqaret söndürülüb, barmaqları qaynar suya salınıb, qaynar şişlə döyülüblər. Baba uşaqların işgəncə faktların çox gec xəbər tutub. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, cavab ürəkaçan olmayıb.

“Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qardaşımın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü… ” – deyə Hüseyn bildirib.

“Nuranə qardaşımı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynəldi…” , deyə Qulu qeyd edib.

Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb.

Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Uşaqların babası həmçinin azyaşlıların dəhşətli işgəncələrə məruz qalmasını əks etdirən fotoşəkillər də təqdim edib.

Azyaşlıların ağır işgəncələrə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də azyaşlılara işgəncələrin verilməsi iddiaları barədə araşdırma apardıqlarını, nəticələr barədə açıqlama veriləcəyini deyiblər. “Bu hadisəni törədən şəxs hökmən cinayət məsuliyyətinə cəlb edilməlidir”,-Komitə bildirir.

Bütün hüquqlar qorunur. Materiallardan istifadə edərkən www.virtualaz.org saytına istinad etmək məcburidir. Reklam yerləşdirmək üçün [email protected] ünvan

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …