Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bərdədə məcburi köçkünün evi yanıb, 4 nəfər tüstüdən zəhərlənib- VİDEO

Bərdədə məcburi köçkünün evi yanıb, 4 nəfər tüstüdən zəhərlənib- VİDEO

Bərdə rayonunda məcburi köçkünün evi yanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Lək kəndində baş verib. Ağdam rayonundan olan məcburi köçkün Rasim Abbasova məxsus iki otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Hadisə zamanı evdə olan qadın və üç uşaq tüstüdən zəhərlənib və qonşuların köməkliyi ilə onlar xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Qeyd dək ki, yanğına səbəb ilkin versiya kimi elektirik naqillərində qısa qapanmanın olduğu bildrilir.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın