Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Bəxtiyar Hacıyev saxlanıldı – Xuliqanlıq maddəsiylə məhkəməyə aparılır (Yenilənib)

Bəxtiyar Hacıyev saxlanıldı – Xuliqanlıq maddəsiylə məhkəməyə aparılır (Yenilənib)

Gənc fəal Bəxtiyar Hacıyev saxlanılıb.

Azinforum.az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. B. Hacıyev bildirib ki, hazırda Yasamal rayonu 27-ci polis bölməsindədir:

“Dünən söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”.

14:46
***

Bəxtiyar Hacıyev Yasamal rayon məhkəməsinə aparılır.

Azinforum.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

“İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Yasamal Rayon Məhkəməsinə aparılıram.

Düşünürəm ki, ölkəyə qayıtdıqdan sonra 4 gündə 4 dəfə YPX ilə insident yaşamağım təsadüfi deyil. Evdən işə gedirəm, işdən evə… Ya DYP ilə yazdığım tənqidi yazılara görədir, ya da başqa səbəb var”.

Qeyd edək ki, bu maddə ilə ittiham olunan şəxsi əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Xəbər 2155 dəfə oxunub.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın